ZEYD İBN SABİT

(45/665-ci ildə vəfat etmişdir) Məhəmməd peyğəmbərin ən tanınmış səhabələrindən biri, Quran katibi, Quranın sonuncu tərtibini həyata keçirən heyətin başçısı olmuşdur. O, Mədinədə hicrətdən on bir il öncə doğulmuşdur. O, Xəzrəc qəbiləsinə mənsub idi. Onun atası Mədinə qəbilələri olan Evs və Xəzrəc arasındakı savaşda (Buas döyüşündə) öldürülmüşdür. Hicrətdən sonra yetkinlik qaşına çatan Zeyd ilk dəfə Xəndək döyüşündə vuruşmuşdur. Zeyd çox bacarıqlı və bilikli bir insan olmuş, yaxşı yaddaşı ilə seçilmişdir. O, ərəb dilindən başqa, süryani və ibrani dillərini bilmiş, Məhəmməd peyğəmbərə bu dillərdə göndərilmiş məktubları tərcümə etmişdir. Bundan başqa Zeyd Məhəmməd peyğəmbərin katibi olduğundan Quran ayələrinin yaxşı bilicilərindən biri, hətta o, Quranı əzbərdən bilən ilk müsəlmanlardan olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra Zeyd Bəni Səid ailəsinin toplantı yerində Əbu Bəkrin xəlifəliyə namizədliyini dəstəkləmişdir. Əbu Bəkr və Ömərin xəlifəliyi dövründə Zeyd onların yaxın adamı olaraq dövlət idarəçiliyində yer tutmuşdur. Xəlifə Osmanın dövründə Quranın son redaktə işlərini görən heyyətə başçılıq etmişdir. Təxminən 54 yaşında Mədinədə vəfat etdiyi qeyd edilir.
ZEYD İBN HARİS
ZEYDİ MƏZHƏBİ
OBASTAN VİKİ
Zeyd ibn Sabit
Zeyd ibn Sabit əl-Ənsari (ərəb. زيد بن ثابت الأنصاري‎; təqribən 615, Mədinə — təqribən 665, Mədinə) — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. Ümmətin içində fəraizi (miras hüququnu) ən yaxşı bilən sə­habə Zeyd ibn Sabitdir. O uca vəhyin katibi (katibül vəhiy, ka­tibül-Rəsulullah), fəraizi ən yaxşı bilən, ən dəqiq hökmlər verən və ən yaxşı Quran oxuyan məşhur imamlardan biri idi. Əbu Bəkrin dövründə Quranın toplanması ilə məşğul olan heyətin başında duran və Quranı yaxşı bilən Həzrət Zeyd “Cəmiül-Quran” ünvanını almışdır. Rəsulullahın “Fəraizi ən yaxşı bilən Zeyddir” hədisi onun fəraiz elminə necə bələd olduğunu göstərir. Ömər Suriyaya gedəndə Mədinədə olan Zeyd ibn Sabitlə mək­tublaşar, məktublarında Zeydin adını öz adından əvvəl yazardı. Bir gün miras məsələsində çətinliklə qarşılaşmış, birbaşa Zeyd ibn Sabitin evinə getmişdi. Nə Ömər, nə də Osman hökm, fitva, fəraiz və qiraət məsələlərində Zeyd ibn Sabit ola-ola kimsəyə müraciət etməmişdir. Zeyd ibn Sabit vəfat edəndə İbn Ömər belə demişdi: “Bu gün insanların alimi öldü”.
Abdullah ibn Zeyd
Abdullah ibn Zeyd (580-ci illər, Mədinə – 644, ərəb. عبد الله بن زيد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Yuxuda Məhəmməd peyğəmbərin təsdiq etdiyi azan qaydalarını və sözlərini görən şəxs. Bu səbəbdən ona Sahib əl-azan (azanın banisi) ləqəbi verilmişdir. == Bioqrafiya == Abdullah ibn Zeyd Mədinənin Xəzrəc qəbiləsindən idi. O, Əqəbədə Məhəmməd peyğəmbərə beyət edən ənsarlardan və Mədinədə ilk müsəlmanlardan biri idi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanların müşriklərlə döyüşlərində və digər mühüm tarixi hadisələrdə iştirak etmişdir. Məkkənin fəth edildiyi gün o, Xəzrəc qəbiləsinin dəstələrinin bayraqdarı idi. Hicri 1-ci ildə Məscidül-Nəbi məscidinin tikintisi başa çatdıqdan sonra Abdullah yuxuda azan səsini eşidir və bu barədə Məhəmməd peyğəmbərə xəbər verir. Abdullah ibn Zeydin dediyi bildirilir Abdullah ibn Zeyd xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə təxminən 64 yaşında vəfat etmişdir.
Səid ibn Zeyd
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني‎) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə). Onun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur. O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir. İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar. Səid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir.
Usamə ibn Zeyd
Usamə ibn Zeyd (615, Məkkə – 678, ərəb. ‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Usamənin atası Zeyd ibn Harisə Məhəmmədin həyat yoldaşı Xədicənin qulu, Usamənin anası Ümmü Əymən isə peyğəmbərin atası Abdullahın köləsi idi. Atasının ölümündən sonra Məhəmməd Ümmü Əyməni azad edir, Məhəmmədin Xədicə ilə nikahından sonra isə Zeydi ərinə verir. Məhəmməd Zeydi azad edir və Ümmü Əymənlə evləndirir. Təxminən Məhəmmədin peyğəmbərliyinin başlanğıcının 4-cü ilində (614) Üsamə Zeyd və Ümmü Əyməndən dünyaya gəlir. Məhəmməd peyğəmbərin vəfatı zamanı Üsamə təxminən 19 yaşında idi. Məhəmməd peyğəmbər Usaməni və atası Zeydini çox sevir və ona hörmət edirdi. Usamə azlığına görə Bədr və Uhud döyüşlərində iştirak etməmişdir. Usamə döyüşə getməyə çalışırdı, lakin Məhəmməd peyğəmbər ona bunu qadağan edir.
Zeyd ibn Harisə
Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası – 629, Muta[d], ərəb. زيد بن حارثة الكلبي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zayd olaraq keçir. Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslamı qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi. Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Zeyd ibn Ərkam
Zeyd ibn Ərkam (ərəb. بِشْرِ بْن بَراء‎; Əl-Mədinə[d]) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsindən olmuşdur. Məhəmmədlə 17 müharibədə iştirak etmiş və hicri 66-cı ildə vəfat etmişdir. Abdullah ibn Üveyin islam düşmənləri ilə əlaqələrinin olması Zeyd ibn Ərkam tərəfindən onun yaşamasını istəyən Peyğəmbərə deyilir. İbn Übey belə şeylər dediyini inkar edərək and içir və buna görə də azad edilir. Lakin sonradan Zeyd bin Ərkamın şahidliyi Munafiqun surəsinin nazil olması ilə təsdiqlənir. O, Əbu Bəkrə beyət etdiyi bilinir. Məhəmmədin "Sizə 2 şeyi geridə qoyuram və onlara əməl etsən əsla azmazsan! Biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir" sekaleyn hədisini Zeyd böyüyərkən Əməvi xilafətində təkrar edir.
Həssan ibn Sabit
Həssan ibn Sabit (554, Mədinə – 674, Mədinə, ərəb. حسان بن ثابت‎ Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir. == Bioqrafiya == Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır. O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir.
Həssən ibn Sabit

Sabit ibn Kurra
İbn Kurra (ərəb. ثابت بن قرة بن مروان‎, d.836 — ö.18 fevral, 901, Bağdad) — ərəb riyaziyyatçısı, astronomu və həkimi. Evklidin "Başlanğıclar", Arximedin "Kürə və silindr haqqında", Apolloninin "Konik kəsiklər" əsərlərini ərəb dilinə tərcümə etmişdir. Özünün "Parabolik kəsik adlanan konik kəsiyin ölçülməsi haqqında kitab" əsərində inteqral cəmlərin köməyi ilə parabolik seqmentin kvadraturası haqqında məsələnin həllini vermişdir. История математики. Указ. соч., стр. 207. Cправочнику русской орфографии В.В.Лопатина.
Sabit ibn Qeys
Sabit ibn Qeys (ərəb. ثابت بن قيس بن شماس‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Səqifədəki görüşdə görkəmli rol oynamışdır. Onun ölümü ilə bağlı iki fikir vardır. Daha məqbul olanı Raşidi xilafəti dövründə Nəcddə döyüş meydanında ölməsidir. Çin müsəlmanları arasında yayılmış başqa bir versiyaya görə, onun Tan sülaləsi dövründə Çində İslamın yayılmasında iştirak etdiyi, quru yolla Çinə gəldiyi və Çinin qərbindəki Sincan əyalətində vəfat etdiyi güman edilir.
Sabit ibn Nəsr
Sabit ibn Nəsr ibn Malik Xuzai (ərəb. ثابت بن نصر الخزاعي‎) (VIII əsr – 810-cu illər) — Abbasi sərkərdəsi və 808–813-cü illərdə Bizans imperiyası ilə Kilikiya sərhəd zonasının (suğur Şamiyyə) valisi. Sabit xorasanəsilli idi. O, ilk Abbasi ardıcılı və hərbi sərkərdəsi Məlik ibn Heysəm Xuzainin nəvəsi idi. Sabit Harun Rəşidin hakimiyyətinin son ilində (808/9) Suriya suğurunun (əsasən Kilikiyanı əhatə edir, paytaxtı Tarsusdur) valisi təyin edilmişdir. O, 808-ci ildə Padiandda bizanslılarla əsir mübadiləsi təşkil etmişdir. Cobb, Paul M. White Banners: Contention in 'Abbāsid Syria, 750–880. SUNY Press. 2001. ISBN 0-7914-4880-0.
Zeyd
Zeyd — ad. Zeyd ibn Əli — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Zeyd ibn Harisə — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Zeyd ibn Sabit — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. Zeyd əl-Xeyr — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Zeyd ibn Ərkam — Məhəmməd peyğəmbərin səhabəsi. Zeyd kəndi — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Məhəmməd ibn Zeyd Əl-Nəhayan
Məhəmməd bin Zayedibn Sultan Əl-Nəhayan (ərəb. محمد بن زايد بن سلطان آل نهيان‎; 11 mart 1961, Əl-Əyn) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən). 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu. Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi. 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb. "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir. Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb. 11 mart 1961-ci ildə o vaxtlar Atəşkəs dövlətləri adlanan ölkənin Əl-Əyn şəhərində anadan olub.
Mənsur ibn Zeyd Əl Nəhayan
Mənsur ibn Zeyd Əl Nəhayan (ərəb. خَالِد بن مُحَمَّد بن زَايد آل نَهيَان‎; 20 noyabr 1970, Əbu-Dabi) — Birləşmiş Ərəb Əmirliklərində siyasi xadim, Əbu-Dabi Əmirliyinin hakim ailəsi olan Əl Nəhayan sülaləsinin üzvü, Vəliəhd Şahzadə, ADUG şirkətinin prezidenti, Mançester Siti futbol klubunun sahibi. 29 mart 2023-cü ildən BƏƏ-nin vitse-prezidenti. Şeyx Mənsur Dubay hökmdarı Şeyx Məhəmməd Əl Məktumun qızı ilə evlidir. Şeyx Mənsur ibn Zeyd Əbu-Dabi əmiri Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan həyat yoldaşı Fatimədən olan beşinci oğludur. Şeyx Mənsur vətənində orta məktəbi bitirmiş və ali təhsil almaq üçün ABŞ-a getmişdir. 1993-cü ildə burada siyasətdən bakalavr dərəcəsinə yiyələnmişdir. 1997-ci ildə o, o zaman atası BƏƏ prezidenti olan Şeyx II Zeyd tərəfindən BƏƏ Prezident Dəftərxanasının müdiri təyin edilib. Atasının ölümündən sonra prezident olan böyük ögey qardaşı II Xəlifə onu Birləşmiş Ərəb Əmirliklərinin ilk Prezident İşləri Naziri təyin etdi (bu vəzifə Prezident Aparatının və Prezident Dəftərxanasının birləşməsi nəticəsində yaranmışdı). Mənsur həmçinin qardaşı vəliəhd şahzadə Məhəmməd ibn Zeyd Əl-Nəhayanı dəstəkləmək üçün Əbu-Dabidə bir sıra vəzifələrdə çalışıb.
Zeyd kəndi
Zeyd kəndi (fars. زيدكندي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (65 ailə).
İmam Zeyd
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Şeyx Zeyd ibn Sultan ƏL-Nəhayan
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi – 2 noyabr 2004[…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti. 1966–2004-cü illərdə Əbu-Dabi əmiri. Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır. Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib. Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb.
Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan

Şeyx Zeyd ibn Sultan ən-Nəhayan

Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sabit Bağırov
Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti. Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
Sabit Damolla
Sabit Damolla Əbdulbaqi (uyğ. سابىت داموللا) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı. O, həmçinin cədidçi idi. Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Kaşğər vilayətinin Atuş şəhərində anadan olub. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi. 1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb.
Sabit Dönentayev
Sabit Dönentayev (qaz. Сәбит Дөнентаев) (1894 - 23 may 1933) - qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur. 1894-cü ildə indiki Pavlodar bölgəsində bir çoban ailəsində anadan olub. Qasım-Hacı mədrəsəsində təhsil alıb. Rus şairi Krılov, tatar şairi Abdulla Turkay və qazax şairi Abay Kunanbayoğlunun əsərlərinin təsiri ilə yaradıcılığa başlayıb. 1913-cü ildə Dönantayevin “Aykap” dərgisində ilk şeiri “ Xəyalım” ( qazaxca: “Қиялым”) dərc olunub. İlk şeirlər kitabı olan “Alibek” 1915-ci ildə Ufa şəhərində nəşr edilib.